Bakıda güclü külək əsir

Ötən gün axşamdan başlayan güclü külək martın 20-nə qədər davam edəcək.

Simurq.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, martın 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Arabir yağış yağacağı da ehtimal edilir.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da güclü külək gözlənilir. Belə ki, qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir