Qubad İbadoğlu əfv fərmanına münasibət bildirdi

 

Əfv fərmanını bütün siyasi məhbusları əhatə etməsə də, müsbət qiymətləndiririk”

ADR Hərəkatının lideri, iqtisadçı – alim Qubad İbadoğlu prezident İlham Əliyevin bugünkü əfv fərmanına münasibətini yazılı olaraq musavat.com -a yollayıb. Onu təqdim edirik:

“Siyasi məhbusların bir qismi çoxdan haqq etdikləri azadlığa çıxdı. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq hakimiyyətin əfv fərmanını bütün siyasi məhbusları əhatə etməsə də, müsbət qiymətləndirir və hər kəsə siyasi məhbuslarsız Azərbaycanda yaşamağı arzulayırıq. Hesab edirik ki, nə qədər məhbəslərdə siyasi motivlərlə həbs olunmuş şəxslər qalır, yenə də əfv sərəncamına ehtiyac vardır. Odur ki, adlarını azad olunanlar siyahısında gördüyüm hər kəsə görə sevindim, görmədiklərimə görə də məyus olmadım, düşündüm ki, bu o deməkdir ki, mübarizə davam edir və onlar da yaxın günlərdə azadlığa çıxarlar. Bundan sonrakı gözləntilərimiz həmçinin söz və mətbuat azadlığı, ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarının, vətəndaş cəmiyyətinin fəaliyyət mühitinin yaradılması təminatı sahəsindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir