Xeyriyyəçilik babaların əmanətidir

Yenə doğulduğu ölkəyə qayıdıb. Dünyanın hansı  yerində olsada bir ənənəsi var. O, hər Novruz  bayramını Azərbaycanda qarşılayır. Və həyatında yeni bir ənənənin də əsasını qoyub. Həmin ənənəni ilk olaraq ulu öndər Heydər Əliyevin 94 illik yubileyində  vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən iki hərbçimizə , düşmən hücumunu dəf edərkən şəhid olan iki şəhid ailəsinə ev bağışlamaqla başladı.

2018-ci ildə isə daha səkkiz nəfərə,  şəhid ailəsi və hərbçilərimizə ev bağışladı. Bu Novruzda da vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən üç hərbçimizə ev bağışlayacaq. Bununlada dövlətimizin yükünü yüngülləşdirmək üçün şərəfli yola çıxmış, bir vətən övladının hələ ki, bağışladığı və sevinc bəxş etdiyi ailələrin sayı 15 edir. Lakin Allah ömür versin, zəmanəmizin xeyriyyəçisi bu missiyanı davam etdirmək istəyir. Onu tanıyanlar bilirlər ki, gördüyü xeyriyyəçilik işlərini heç də gündəmə gətirmir. Axı xeyriyyəçilik missiyasının içində hələ  neçə tələbənin təhsil haqqının, xəstə insanların müalicə xərcləri və s.  məsələlər var. Bunları isə heç dilinə gətirmir. Deyir, bunları Tanrı bilir, kifayətdir.

P.S. Hörmətli Füzuli müəllim, Tanrı sizin kimi insanları qorusun . Əsgər Ailələrinə Dəstək ictimai birliyinin müraciətlərinə həssas yanaşdığınıza görə minnətdarıq. Vətənin sizin kimi xeyriyyəçiləri var olsun.                        Xeyriyyəçilik babaların əmanətidir…onu hər kəs bacarmaz….

Yurdunuza xoş gəlmisiniz. Bayramınız mübarək!
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir