Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə

ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində gərgin anlar yaşanıb.

Simurq.info-nun məlumatına görə, aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib.

Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb.

Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir