Zərdabda zəlzələ olub

Zərdab rayonunda zəlzələ olub.

Bu barədə simurq.info  Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, ilkin vaxtlara əsasən saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün Şamaxı və Ağsu rayonlarında da zəlzələ olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir