Türkiyə və Rusiyanın İdlib qətiyyəti

Türkiyə və Rusiya İdlib məsələsində qətiyyətlidir.

Simurq.info xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Çuprıqin Rusiyanın İdlibdə Türkiyə razılığı əsasında Nüsrə Cəbhəsinə qarşı əməliyyatını şərh edərkən deyib.

“Rusiyanın istənilən əməliyyatı Türkiyə ilə koordinasiya etməsi olduqca önəmlidir. Nöqtə vuruşunun həyata keçirilməsi terrora qarşı əməliyyatın bir hissəsidir. Bu əməliyyatın koordinasiya edilməsi çox yaxşı oldu. İdlib Türkiyə və Rusiya üçün olduqca önəmlidir. Çünki bu şəhər Türkiyənin sərhəd təhlükəsizliyinə təhdid yaradan amilin mənbəyidir”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri Hmeymim aviabazasına hücum hazırlayan Nüsrə Cəbhəsinə aid silah-sursat anbarını məhv etmişdi.

Bu əməliyyat Türkiyənin razılığı əsasında baş tutmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir