Bakıda dəhşətli yanğın

Bakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın baş verən yataqxana Azərbaycan İncəsənət Universitetinin balansında olub.

Bildirilib ki, hazırda həmin yataqxanada Ağdam rayon məcburi köçkünlər məskunlaşıb.

“Yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan bir otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, bir ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.

Yanğın zamanı altı nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyyə olunub.

Yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, – məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın binanın 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib. Bu barədə quruma məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, yanğın zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

ONA-nın verdiyi məlumata görə isə, hadisə zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

İlkin ehtimala görə, yanğın elektrik xətlərində yaranmış gərginlik və qısaqapanma zamanı baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir