Türkiyə Böyük Millət Məclisinin sədri

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfərə gəlib.

Simurq.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şəntopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Mustafa Şəntop qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir