İşarət dilinin təbliğinin təşkili-Lənkəran Dövlət Universitetində yekunlaşdı

Simurq.info  xəbər verir ki, Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Səssizliyin Səsi olaq – Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin növbəti və yekun mərhələsi Lənkəran dövlət Universitetində çox maraqla qarşılandı.

Tədbiri giriş sözü ilə açan LDU-nin Sosial Məsələlər Üzrə prorektoru dosent Kazımov Kamran ilk olaraq Universitetin rektoru pr. Natiq İbrahimov adından hər kəsi salamlayaraq,bu layihənin günümüzdə çox əhəmiyyətli olmağından danışdı. O bildirdi ki, “Bu gün ölkəmizdə əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması, onlar üçün bir çox Universitetlərdə yaradılan imkanlar, təhsilin əlilliyi olan şəxslər üçün daha əlçatan olması cənab Pezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərə diqqətinin nümünəsidir. Bununla əlaqədar olaraq LDU-nin yeni korpusu məhz əlilliyi olan gənclər üçün hazırlanır. Belə bir layihələrə və məhdudiyyətli gənclərə dəstək olan, Azərbaycan Respublikası Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm.”

Daha sonra Layihə rəhbəri eşitmə məhdudiyyətli gənc Nərgiz Abdulova layihəsi haqqında məlumat verib. Layihənin əsas məqsədi, gənclər arasında işarət dilinin təbliğini aparmaq, onların eşitmə və nitq məhdudiyyətli gənclərlə ünsiyyətini yaratmaq, eşitmə və nitq məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, tipik insanlarla, eşitmə məhdudiyyəti olan gənclərin fikir mübadiləsi aparmasına dəstək və ümumiyyətlə bu dili Azərbaycanda tanıtmaqdır.

Tədbirdə qonaq qismində iştirak edən “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimova və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İB-nin rəhbəri Cəmilə Çingizqızına verilib. Əlilliyi olan şəxslərlə çalışan təşkilat rəhbərləri ilk olaraq Azərbaycan Gənclər Fonduna təşəkkür edərək bu tip layihələrin gənclər üçün əhəmiyyətli olmasından danışıblar. “Əlilliyi olan şəxslərə diqqət, hər bir Azərbaycanlının borcudur” deyən təşkilat rəhbərləri, eşitmə məhdudiyyətli gənc və layihə rəhbəri Nərgiz Abdulovaya uğurlar arzulayıblar.

Daha sonra işarət dili təlimçiləri Aytac Qədirova və Günel Mürsəlli bu dil haqqında geniş məlumat verdilər. İştirakçılara Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan, İşarət dili əlifbası və bu dil haqqında məlumatlı bukletlər paylanılıb. Təlimdə LDU-nin gənclərinin, Bakidan gələn eşitmə məhdudiyyətli gənclər ilə İşarət dilində ünsiyyət qurmasına həvəslərinin olması çox maraqla qarşılandı. Təlim gənclərlə birgə çay sufrəsi ətrafında müzakirələrlə davam etdi. Gənclər təlimin çox maraqlı və əhəmiyyətli olmasından danışdılar.

Tədbirə Bakıdan gələn bir çox eşitmə məhdudiyyətli gənclərlə , “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İB-nin rəhbəri Cəmilə Abdulova, “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimova,Sputnik.az saytnın Lənkəran bölgə müxbiri Rahim Muradov və Lənkəran rayon KİV-nümayəndələri iştirak etdilər.

Sonda 20 nəfər eşitmə və nitq məhdudiyyətli gənclər üçün Lənkəran rayonunda Xan sarayı və Həzi Aslanovun ev muzeyinə ekskursiya təşkil olundu.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir