Milli Paralimpiya Komitəsi milli komandanın yarışa qatılmasına icazə vermədi

Simurq.info  xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində Oturaq Voleybol üzrə lisenziya xarakterli yarışa start verilib.

Yarışda Avropa Çempionatında iştirak üçün lisenziya uğrunda 7 komanda arasında mübarizə aparılacaq. Lakin Böyük əksəriyyəti Qarabağ qazilərindən ibarət olan, 2017- ci ilin may ayında avropada keçirilən beynəlxalq turnirdə 12 avropa komandası arasında 3-cü yer tutan Azərbaycanın oturaq valeybol üzrə milli komandasının bu oyunlara qatılmasına Azərbaycan Milli Paralimpiya Komitəsi icazə verməyib. Bu barədə feysbuk sosial şəbəkəsində Oturaq voleybol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Tərlan Hacızadə məlumat verib. Statusu olduğu kimi təqdim edirik.

Əziz dostlar ! Çox üzgün bir vəziyyətdə yazıram. Bu gün Xorvatiyanın Poreç şəhərində Oturaq Voleybol üzrə lisenziya xarakterli yarışa start verilib. Yarışda Avropa Çempionatında iştirak üçün lisenziya uğrunda 7 komanda arasında mübarizə aparılacaq. 10 illik təcrübəyə malik Azərbaycan Milli Komandasının da iştirakı nəzərdə tutulurdu.

Baxmayaraq ki, Gürcüstan və qardaş Türkiyə Milli Komandaları 2-3 ildir fəaliyyət göstərir. Onlar bu yarışda iştirak edəcəklər. Azərbaycan Milli Komandasını hər cürə fitnə fəsadla bu yarışdan uzaqlaşdıran Paralimpiya Komitəsinin yetkililərinə, komandanın baş məşqçisi olaraq, Komandanın üzvləri adından ” dərin minnətdarlığımızı ” bildirirəm. Düşmənlərimizin bacara bilmədiklərinin öhdəsindən, paralimpiya komitəsinin yetkililəri böyük “məharətlə” gəldi.
2020-ci ilin yayında keçiriləcək paralimpiya oyunlarının şanslı bir komandasını qələbədən məhrum etdilər. Biz bu yarışlarda iştirak etmədiksə bizim on illik fəaliyyətimizə son qoyuldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir