“Səssizliyin səsi olaq – gənclər arasında işarət dilinin təbliğinin təşkili ”

Simurq.info  xəbər verir ki, bu gün Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səssizliyin səsi olaq – gənclər arasında işarət dilinin təbliğinin təşkili ” adlı layihəsi Gəncə Dövlət Universitetində təşkil olundu. Layihə rəhbəri Nərgiz Abdulova iştirakçıları salamlayaraq,layihə barədə məlumat verdi.

O bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə inteqrasiya edilməsinə və həmçinin bu kateqoriyadan olan digər dünya ölkələrində yaşayan həmyaşıdların Azərbaycanı tanıtamağa nail olmaqdır.Layihə çərçivəsində Bakidan 20 gənc ilə Gəncə Dövlət Universitetinə “Səssizliyin səsi ” olmaq üçün yola çıxıblar.

GDU- də böyük maraqla qarşılanan işarət dili haqqinda, 80 nəfərlik auditoriya üçün təlim keçirildi. Bu dili bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu dil bizim Azərbaycan Respublikası vətəndaşlarının dilidir. Onlar yalnız eşitmə və nitq məhdudiyyəti ilə fərqlənir . Bizim cəmiyyətdə yaşayan bu gənclərə dəstək göstərmək üçün bu dili öyrənmək çox vacibdir. GDU-nin dekanı Gülsüm xanım , layihəni yüksək dəyərləndirərək tələbələrə bəzi məsləhətlər verdi və Azərbaycan Gənclər Fonduna bu kimi layihələrə önəm verməsini alqışlayaraq təşəkkürünü bildirdi.

Layihədə KIV yanaşı, “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasina Dəstək” IB-nin rəhbəri Səbinə Kərimova və “Eşitmə və Nitq Məhdudiyyəti olan Şəxslərə Sosial Yardim”IB-nin rəhbəri Cəmilə Çingizqızı qonaq qismində iştirak edərək təlimi yüksək qiymətləndiriblər. Təlimdən sonra GDU-nun müəllimi Ruslan Həsənoğlu Bakıdan gələn 20 nəfər eşitmə və nitq məhdudiyyətli gəncləri Gəncə Dövlət Universitetinin 5 -ci tədris binasında yaradılmış əlilliyi olan şəxslər üçün təlim mərkəzilə tanış etdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir