“Səssizliyin səsi ol- Gənclər arasında işarət dilinin təbliğinin təşkili ” layihəsi davam edir

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyələşdirdiyi “Səssizliyin səsi ol- Gənclər arasında işarət dilinin təbliğinin təşkili ” layihəsi davam edir.

Bu barədə Simurq.info-ya layihə rəbəri Nərgiz Abdulova xəbər verib. Onun sözlərinə görə,layihənin məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə inteqrasiya edilməsinə və həmçinin bu kateqoriyadan olan digər dünya ölkələrində yaşayan həmyaşıdların Azərbaycanı tanıtamağa nail olmaqdır.

O,bildirib ki, İlk təlim 19 fevral Gəncə Dövlət Universitetində təşkil olunacaq. Tədbir Universitet tələbələri üçün nəzərdə tutulub. Maraqlanan hər bir tələbə (Gəncə Dövlət Universiteti ) tədbirə sərbəst şəkildə qatıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir