Süleyman Abdullayevin 80 yaşı tamam olur

Bu gün  müdrik ağsaqqal kimi sevilən əməkdar artist, Seyid Şuşinskinin davamçısı kimi tanınan, lakin özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə “Qızıl səs” medalına layiq görülən, 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olan, xalq arasında “Dədə Süleyman” adını qazanan, böyük xanəndə Süleyman Abdullayevin 80 yaşı tamam olur. Onun ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahları xalq tərəfindən sevilə-sevilə dinlənilir.
80 illik yubileyi münasibətilə Simurq.info saytı adından Süleymanı Abdullayevi təbrik edirik, ona yaşının bu müdriklik çağında, şərəflə keçdiyi həyat yolunda davamlı, uzun və gərəkli olan sağlam ömür arzulayırıq…..Doğum gününüz mübarək….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir