Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub

“Blaze” (“Alov”) ləqəbi ilə məşhur olan amerikalı Rudolf İnqremin 7 yaşı var. O, 100 metr məsafəni 13,48 saniyədə qət edib. 60 metr məsafədə də Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub.

Simurq.info  milli.az-a istinadən bildirir ki, balaca Rudolfu mütəxəssislər dünyanın ən sürətli 7 yaşlı oğlanı hesab edirlər.

ABŞ-ın Florida ştatında yaşayan Rudolf Həvəskar Atletika İttifaqının (Amateur Athletic Union, AAU) üçqat çempionu, Amerika Futbol Liqasının (NFL) gənc ulduzudur.

 

Onun 4 yaşlı qardaşı da futbol və yüngül atletika ilə məşğul olmağa başlayıb.

100 metr məsafəyə qaçışda dünya rekordu yamaykalı atlet Useyn Bolta məxsusdur. 2009-cu ildə Berlində o, 100 metrlik sprinti 9,58 saniyəyə qaçıb. Bu isə 44,72 km/saat sürət deməkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir