Sumqayıtda narkoloji xəstəliyə tutulanlanların və narkomanların sayında artım

Sumqayıtda narkoloji xəstəliyə tutulanlanların və narkomanların sayında artım müşahidə olunur.

Simurq.info xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserdən Xeberle.com-a verilən eksklüziv məlumata görə, 2018-ci il üçün narkoloji xəstələrin sayı 3885 (88 qadın), narkomanların sayı isə 2011 (66 qadın) nəfər təşkil edib. Bu rəqəm 2017-ci ildə 1916 nəfər olub. Statistikaya əsasən narkomanların sayı 2018-ci ildə 95 nəfər artaraq 2011 nəfərə çatıb.

Dispanserdən o da bildirilib ki, xəstə 5 il narkotik və 3 il alkoqol qəbul etmədikdə ona praktiki sağlam diaqnozu qoyularaq qeydiyyatdan çıxarılır: “Narkoloji xəstələrin müalicəsi üç mərhələdə həyata keçirilir: Abstinent sindromun aradan qaldırılması; Remissiyanın formalaşması; Remissiyanın stabilləşməsi. Müalicə narkoloji müəssisədə stasionar, ambulator və ya xəstənin evində ambulator şəraitdə “Narkoloji xidmət və nəzarət haqqında” 2011-ci il qanununa müvafiq olaraq aparılır. Müalicə könüllü və məcburi qaydada həyata keçirilir. Məcburi müalicə cinayət törətmiş narkoloji xəstələrdə cəzaçəkmə müəssisəsində aparılır. Cinayət törətmiş narkoloji xəstələrin məcburi müalicəsi ixtisaslaşdırılmış müalicə müəssisələrində aparılır. Reabilitasiya prosesi isə xəstənin maksimal dərəcədə həyata uyğunlaşmasına yönəlmiş kompleks-tibbi, sosial, təhsil, əmək tədbirlərindən ibarətdir. Xəstələr tam müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılır. Lakin çoxu əvvəlki mühütə qayıtdıqdan sonra yenidən köhnə vərdişlərinə davam edir. Hətta elələri olur ki, xəstəxanadan çıxandan 10 gün sonra yenidən həmin vasitələrdən istifadə edir. Tam sağalma demək olar ki, 5-6 faiz təşkil edir. Xəstəxanadan praktiki olaraq sağlam çıxan xəstə yenidən öz vərdişlərini təkrar edir. Belə insanların ailəsindən və onların həmin insanlara mənəvi dəstəyinin də böyük rolu var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir