İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə  “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”  İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gəncləri üçün qış düşərgəsi”  layihəsi çərçivəsində  düşərgə həyata keçirilmişdir.

İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan  və maarifləndirmə və ekskursiya  proqramı çərçivəsində təşkil edilən “Region gəncləri üçün qış düşərgəsi” nin  əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan  yeniyetmə və gəncləri  əhatə edərək, onların  şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasını təşviq etmək təşkil edir.

08-09-10 fevral  2019- cu il tarixində  Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və  İsmayıllı rayonundan seçilmiş  21 nəfər iştirakçı müxtəlif maarifləndirici sessiyalarda  Azərbaycanı tanı, bölgənin tarix və maddi-mədəniyyət abidələri, fərdi inkişaf, kommunikasiya və ünsiyyət,  gənclərin ictimai fəallığının yüksəldilməsi kimi mövzular ətrafında müzakirə aparılmaqla yanaşı,  gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri, Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksləri,  gənclərə göstərilən peşə və özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları) haqqında da məlumatlar verilmişdir.

Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olmuşdur.

Düşərgə zamanı təlim sessiyalarında iştirakla bərabər,  İsmayıllı rayonunda  Heydər Əliyev muzeyinə,  tarix-diyarşünaslıq muzeyinə səfər, intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, İvanovka kəndinə  və Şahdag Milli parkına eko-tur, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq  fürsəti əldə etmiş,   həmçinin gənclər maraqlı fikir mübadilələri aparmışlar.

Düşərgədə iştirak edən yerli və məcburi köçkün yeniyetmə və  gənclərin həm müxtəlif inkişafetdirici sessiyalarda iştirakı, regionun  tarixi abidələri haqqında təqdimatlar  və səfərlər vasitəsilə əyani surətdə məlumat əldə etmələri, həm də  asudə vaxtlarını faydalı keçirmələrinə səbəb olmuşdur.

Düşərgə  zamanı regionun tarixi abidələri haqqında müxtəlif maraqlı faktları öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçirmiş, öyrəndikləri bir sıra maraqlı faktlardan ibarət təqdimatlar hazırlayaraq düşərgəsinin sonunda və öz yaşadıqları  icmalarda gənclərə tədqim edəcək və eyni zamanda  kiçik layihə təşəbbüsləridə həyata keçirərək, hesabat təqdim edəcəklər.

Düşərgə iştirakçıları belə maraqlı layihəni dəstəklədiyinə görə Azərbaycan Gənclər Fonduna, uğurlu təşəbbüskarlığa görə isə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”  İctimai Birliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir