“Bakcell” şirkəti vergi işçilərini təbrik etdi

“Bakcell” şirkəti vergi işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Simurq.info xəbər verir ki, bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində vergi işçilərinə şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən vergi xidmətinin əməkdaşları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir