Paytaxt məktəblərində şagirdlərin davamiyyəti normaldır

Paytaxt məktəblərində şagirdlərin davamiyyəti normaldır.

Simurq.info xəbər verir ki, bu sözləri Axar.az-a son vaxtlar geniş yayılan qızılca və mövsümi qriplərin məktəblilərin davamiyyətinə təsiri ilə bağlı danışan Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov deyib. O bildirib ki, paytaxt məktəblərində qış aylarında hava dəyişikliyi səbəbindən mövsümi və virus mənşəli xəstəliklərə qarşı tibbi nəzarət gücləndirilir:

“Məktəblərdə şagirdlər dərs prosesindən əvvəl həkim nəzarətindən keçirilir, mövsümi xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlər görülür”.

Qeyd edək ki, son vaxtlar ölkədə qızılca və mövsümi qripə yoluxanların sayında artım müşahidə edilib. Bu xəstəliklər isə daha çox uşaqlar arasında geniş yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir