Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?

Simurq.info xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Bakunews.az-a yazdığı məqaləni olduğu kimi dərc edirik:

2016-cı ilin sentyabrın 6-da Dünya Azərbaycanlıları Assambleyasının rəhbər heyyəti ilə Almaniya ədliyyə orqanları tərəfindən qeydiyyata alınmışdı. İlk qərarımız ölkəmiz əleyhinə yönəlmiş tədidlərər, Avropada aparılan çirkin kampaniyaya xaricdə yaşayan azərbaycanlıların “dur” deməsi üçün beynəlxalq forum keçirməyə qərar verdik. Hazırlıq başlayar başlamaz bu məlumat bütün xəbər saytlarında əsas xəbərlərdən biri halına çevrildi. Təbii ki, dövlətçilik xəttini müdafiə edənlər, Azərbaycanın inkişafını istəyən qüvvələr nə qədər sevinmişdilərsə, ölkəmiz əleyhinə kampaniya təşkil edənlər bir o qədər narahat olmuşdular.

Xaricdə Orduxanlar, Tural Sadıqlılar və bir sıra hər addımında ölkəsi əleyhinə çirkin kampaniya aparanlar fəallaşmağa başladılar. Bu arada onu da deyim ki, təxminən 17 Yanvar 2017-ci ildə Azərbaycanın Berlindəki diplomatik nümayəndəliyi qarşısına da mitinq təyin edilmişdi, təşkilatlanma işlərinə də start verilmişdi. Bu arada biz Assambleya adından bəyanat verərək bu addımı pislədik və bu tip hərəkətlərə ehtiyac olmadığını xaricə yaşayan soydaşlarımıza isə bu aksiyalara qatılmamaqla bağlı müraciət etdik. Xəbər həm sosial şəbəkələrdə geniş yayıldı , həm də xəbər saytlarında geniş yayımlandı. Bundan sonra əleyhimizə olan xaricdəki destruktiv qüvvələr hər cür böhtan yağdıraraq gah bizi, hökumətə agentlik etməkdə, gah Avropa qanunarı pozmaqda, gah bizi “cənazə alveri” ilə məşğul olmaqda ittiham edirdilər. Əlbəttə siyasi etika tanımayan, əxlaqdan uzaq olan, siyasi mübarizədə heç bir mənəvi meyar tanımayan belələrinin haqqımda nə deməsi məni az maraqlandırırdı.
Dəqiq tarixi yadımda deyil, təxminən Berlindəki aksiyaya bir neçə gün qalmış, biz bu qüvvələrə qarşı bəyanat verib dövlətimizin yanındaolduğumuzu bildirəndə, adını çəkməyəcəyim tanınmış siyasi fəallardan biri mənə zəng etdi və bu mövqeyimin səbəbini soruşdu və dialoqumuz heç də xoş alınmadı. Mövqeyimdən geri çəkilməyəcəyimi görən həmin şəxs məni şantaj etməyə başladı. Təxminən bir neçə il öncə olmuş hadisəni saptırmağa çalışaraq guya mənim kiməsə borclu olduğumu iddia etdi bununla əlaqədar əlində faktların olduğu və Bakıdakı dostları hesabına məni “ifşa”edəcəyini bildirdi. Ağlıma gəlməzdi ki , bu arxadan zərbə bugün hakimiyyətin imtiyazlarını əldə edən birisi tərəfindən olacaq və tam Dünya Azərbaycanlıları Forumuna iki gün qalmış Aynur Camalın rəhbərlik etdiyi Gündəlik Teleqraf Media Holdinqinə daxil olan saytlar tərəfindən üzərimə səlib yürüşü başlandı. Vəzifə borcu hadisəyə güzgü tutmaq olan media orqanı eynən belə başlıqlar vermişdi. “Diaspora rəhbərinin şok dələduzluğu”,”Avropaya insanları apararaq başlarına oyun açır” və sair bu tip yazılar. Bunlar azmış kimi yazılar axar.az xəbər saytının facebook səhifəsində reklam edilir və haqqımda neqativ obraz yaradılmağa çalışılırdı. Xəbər saytında birisinin məhkəmə qərarı olmadan dələduzluqda ittiham edilməsi birinci jurnalistlərin peşə davranışları haqda kodeksə , eyni zamanda Azərbaycan qanunlarına ziddir. Birinin haqsız yerə günahlandırılması isə cinayət məsuliyyətidir. Başından bildirdim ki, bu oyundur, forum öncəsi haqqımda təşkil olunmuş çirkin kampaniyadır. Belə olmasa idi, bu xəbərin facebooka pul ödənərək reklam edilməsinə nə gərək vardı? Kİm idi maraqlı bu işdə? Siz təsəvvür edin, Aynur Camal məni vurmaq üçün vəkil tutur, Alman konsulluğuna müraciət etdirir və sair. Bunlar kampaniya deyil bəs nədir?

Yeri gəlmişkən bu arada yazdıqlarımın Mətbuat Şurasına da aidiyyatı var. Mətbuat Şurası “arxasız”, gücsüz rahatlıqla saytları reket saytlar elan edir, buyurun bu tip saytları da peşə davranışlarını pozduğuna görə eyni qaydada cəzalandırsın.

Məlum olur ki, Avropadakı siyasi mühacirin, ölkə başçımız və dövlətimiz əleyhinə kampaniyanın təşkilatçısı olan bu şəxs “Bakıdakı dostlarımız vasitəsi ilə səni vuracağıq” deməsinin əsası vardı. İndi bağlantının haradan gəldiyini gördünüzmü? Bucür adamlar bugün vəzifə , pul üçün burdadırlar, sabah bir balaca boşluq görən kimi, dabanlarına tüpürüb keçmiş səngərlərinə tərəf qaçıb top atəşinə tutacaqlar. Belə adamlarda sədaqət , etibar olmaz. Bunları ancaq məqam, madiyyət və kürsü maraqlandırır.

Yazımın növbəti sayında Aynur Camalın bu yerə necə gəldiyindən sizlərə bəhs edəcəm. Əgər yalanım varsa buyursun Aynur xanım məhkəməyə müraciət etsin mən onun kimi böhtana yox həqiqətlərə üz tutacam.

Qeyd. Məndə olan məlumatlara görə Aynur Camal hələ bir neçə il öncə Avropaya müraciət etməyi məhz Avropadakı havadarlarının sayəsində düşünürmüş sonradan fikirlərindən daşınıblar. Bu vəzifəni də mənimlə əlaqəyə keçən mühacir öz üzərinə götürməliymiş. Zamanı gəldiyində, məqamı yetişdiyində xaricdə olan bu havadarlarının da köməyindən istifadə edəcəklər. Bu zamana da çox qalmayıb.

Bakunews.az yazıda adları keçən şəxslərin mövqeyin dərc etməyə hazırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir