“Oyuq” teatr-studiyası 6 illik yubleyini qeyd etdi

Uşaqların asudə vaxtının səmərəli təşkili,onların teatra,səhnəyə,ümumlikdə incəsənətə sevgi ruhunda formalaşmasında incəsənət məktəbləri,gimnaziya və bu kimi təhsil müəssisələri ilə yanaşı teatr-studiyalarının da müstəsna rolu var.
Simurq.info xəbər verir ki, bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası 6 illik yubleyini qeyd etdi. “Sən bir nəğməsən” adlı konsert proqramı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi. Teatrın rəhbəri Səidə Haqverdiyeva teatrın illərlə fəaliyyət göstərməsindən və yüzlərlə layihələrə uğurla imza atdıqlarından danışdı.
Musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estiradasının məhşur müğənnilərinin ifası gecəni daha da rənga-rəng etdi. Zəngin konsert proqramında 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da ilk çıxışını etdi.


Musiqi gecəsində çıxış edən studiya yetirmələri Azərbaycan estrada musiqisi inciləri ilə yanaşı dünyaca məhşur hitləri ifa etdilər.
Onu da qeyd edək ki,xeyriyyə konsertində paytaxtımızda və yaxın regionlarda fəaliyyət göstərən uşaq sığınacaqları,azyaşlılara yardım və inteqrasiya mərkəzləri,cəmiyyətlər və Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin üzvü olan uşaqlar iştirak etdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir