Toqquşmadan qaçmağın yolları göstərilən məruzə hazırlayıb

Çoxtərəfli nüvə silahsızlaşması və yayılmaması üzrə liderlərin Avropa Cəmiyyəti (ELN) ilə beynəlxalq işlər üzrə Rusiya Şurasının ekspertləri Rusiya və NATO-nun münasibətlərini sabitləşdirməyin, həmçinin onlar arasında birbaşa toqquşmadan qaçmağın yolları göstərilən məruzə hazırlayıb.

Simurq.info  publika.az-a istinadən xəbər verir ki, sənədə görə, təklif edilən tədbirlər hətta Rusiya və Qərb arasında indiki qarşıdurma şəraitində reallaşdırmaq olar.

Müəlliflər, xüsusi halda, NATO yanında Rusiya nümayəndəliyinin səviyyəsini yüksəltməyə, Rusiya-NATO şura iclaslarını müntəzəm keçirməyə və kibertəhlükəsizlik üzrə qaynar xətti yaratmağa çağırırlar. Məruzənin hazırlanmasına Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov və NATO yanında Böyük Britaniyanın keçmiş daimi nümayəndəsi AdamTompson başçılıq edib.

“Sabit münasibətlərə gedən yolda Rusiya- NATO” məruzəsinin nəşri bu günə nəzərdə tutulub, ancaq “Kommersant” qabaqcadan onun məzmunu ilə tanış olub. Ümumilikdə, məruzənin tərtib edilməsində Rusiyadan və NATO üzvü olan ölkələrdən 30-dan çox ekspert, həmçinin keçmiş yüksək vəzifəli diplomatlar və hərbçilər iştirak ediblər.

Məruzənin tərtibçilərinin fikrincə, Rusiya və NATO arasında münasibətlər çoxillik qarşıdurmaya məhkum edilmişdir.

“Rusiya və NATO ölkələri arasında etibar tamamilə itirilib, onların bərpası bahalı və çox sürətli prosesdir”, – sənəddə deyilir.

Müəlliflər qeyd edirlər ki, Rusiya və NATO arasında münaqişənin qəsdsiz eskalasiyası riski çox ciddidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir