Hicab bağlayan aktrisa Afrikada su quyusu qazdırdı

Bir müddət əvvəl hicaba keçən və dərnək qurub xeyriyyə işləri ilə məşğul olan aktrisa Qamze Özçelik Afrikaya səfər edib.

Simurq.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Afrikada 11 su quyusu qazdırıb.

Hicaba keçdikdən sonra xeyriyyəçilik fəaliyyətlərini artıran Qamze həm su quyusu qazdırmaq, həm də digər yardım fəaliyyəti həyata keçirmək üçün səfər etdiyi Kamerundan fotolar paylaşıb.

“Ömrü su yollarında keçən afrikalı bacı-qardaşlarımız üçün başlatdığımız, “Ümid bulağı su quyuları” layihəsinin birinci mərhələsində 11 fərqli kənddə 11 su quyusu qazdırdıq. Açılışlar zamanı qurbanlar kəsildi, meyvə ağacları əkildi. Eyni zamanda yüzlərlə oyuncaq, geyim, üzərində Türkiyə bayrağı olan köynəklər paylanıldı. Bundan başqa 1000 nəfərə “Qurani Kərim” payladığımız üçün də xoşbəxtik”, – deyə aktrisa fotosunun altına yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir