Ramiz Həsənoğlunun (Mirzəyev) bacısı vəfat edib

Xalq artisti, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru Ramiz Həsənoğlunun (Mirzəyev) bacısı vəfat edib.

Simurq.info  xəbər verir ki, bu barədə xalq artisti sosial şəbəkədə yazıb: “Bu gün səni son mənzilə yola saldıq, bacı, görüşənədək”.

Allah rəhmət eləsin!

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr əvəzi Rövşən Məmmədov R.Həsənoğlunu Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru təyin edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir