Ukrayna din işlərinə müdaxilə edir

Ukrayna din işlərinə kobud şəkildə müdaxilə edir. Moskva belə bir addım atmayacaq, ancaq inanclıların hüquqlarını qoruyacaq.

Simurq.info  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçirlən mərasimdə bildirib.

“Ukraynada inamla əlaqəsi olmayan, spekulyasiyaya və politizmə faydalı bir layihə həyata keçirilir. Dini yaşama faktiki olaraq müdaxilə edilir. Bu prosesi başladanlar ötən əsrdə inananları kilsələrdən qovan, din xadimlərini zəhərləyən və mühakimə edən ateistlərdən çox şey öyrənmiş ola bilərlər”, – Putin söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir