Həbib Nurməhəmmədova cəza verildi

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədova verilən cəzanın ağır olduğunu bildirib.

Simurq.info  Azərtac-a istinadən xəbər verir ki, D.Uayt bu barədə deyib

“Həbibin işi üzrə verilən qərar məni heyrətləndirdi. Yarım milyon dollar cərimə və reklam çarxlarında çəkiləcəyi halda diskvalifikasiya müddəti altı aya qədər azaldılacaq. Düşünürəm ki, bu, çox sərt cəzadır”, – Uayt bildirib.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatının atletika komissiyası (NSAC) çərşənbə axşamı UFC çempionu Həbib Nurməhəmmədov Las-Veqasda baş tutan “UFC 229” turnirində irlandiyalı Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə doqquz ay müddətinə diskvalifikasiya edib. O, idman yarışlarından kənarlaşdırılmaqla yanaşı, həm də 500 min dollar məbləğində cərimələnib. Reklam çarxlarına çəkiləcəyi təqdirdə diskvalifikasiya müddətinin altı aya qədər azaldılacağı barədə şərti isə H.Nurmaqomedov qəbul etməyib.

Xatırladaq ki, H.Nurməhəmmədov ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir