Qripdən dünyasını dəyişdiyi bildirilən idmançımız

Qripdən dünyasını dəyişdiyi bildirilən məşhur idmançımız, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı araşdırmadan sonra bir söz demək mümkündür. Məsələ araşdrıldıqdan sonra məlumat veriləcək.

Simruq.info xəbər verir ki, Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qripdən ölüm hallarının baş verməsi mümkündür.

Xatırladaq ki, dünən 1984-cü il təvəllüdlü MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov qrip xəstəliyindən dünyasını dəyişib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, o, xəstəliyi müddətində müalicə alsa da, sonradan xəstəlik dərinləşib və iltihabi proses başlayıb. Bununla da idmançı dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir