Alman politoloq: “ABŞ Ermənistanın Qarabağ münaqişəsini həll etməli olduğunu gözləyir”

 

“ABŞ bölgədə təmsil olunmasının əhəmiyyətini nəzərə alaraq, hazırda daha çox Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində təmsil olunur”.

 

Simurq.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri almaniyalı politoloq Uve Halbax ABŞ Ermənistan münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan özü bölgədəki Rusiyanın üstün təsirinin Birləşmiş Ştatlar vasitəsilə balanslaşdırılmasında maraqlı olmalıdır.

“Həmçinin məlumdur ki, ABŞ özü bu bölgəyə dəqiq maraqları olmadığına görə soxulmayacaq. Bunun üçün də bu məsələdə ilkin siqnallar bölgə ölkələrindən gəlməlidir. Belə bir fəaliyyət üçün ən yaxşı nümunə Gürcüstandır. Əlbəttə, bütün bu məsələlərdə, inteqrasiya vektoru təyinatının olduğunu istisna etmirəm. Bu vektor davranış tərzinə görə Gürcüstana mükafatdır. Bununla yanaşı maraq fəaliyyətləri də var. Belə olan halda əgər Ermənistan demokratiyaya səy göstərirsə, demokratik ölkələrlə əlaqələrini dərinləşdirməlidir. Bu, demokratik təcrübənin tətbiq edilməsi üçün ən yaxşı yoldur.

Lakin indiki vəziyyətdə Ermənistan-Qərb münasibətlərində hər hansı dəyişiklik nəzərə çarpmır. Bunlar gözardı edilsə də, Rusiya, Avrasiya istiqamətinə çoxsaylı səfərlər baş tutub. Ermənistan hakimiyyəti vektorlarının dəyişikliyə məruz qalmadığını bəyan edib. Bununla yanaşı Qərblə münasibətlərin dərinləşəcəyini ifadə ediblər. Lakin bu niyyətlər hələki siyasətdə görünmür. Dağlıq Qarabağ münaqişəsi erməni tərəfi üçün ən vacib xarici siyasət mövzusu olsa da, bu da aktiv danışıqlar mərhələsində deyil”, – deyə Halbax bildirib.

Onun fikrincə, yüksək səviyyəli görüşlər çox olmadığından indiki maraq və imkanlardan asılı olmayaraq, baş tutacaq Mnatsakanyan-Pompeo görüşü müsbət haldır: “Lakin Böyük dəyişikliklər hələlik gözlənilmir. Ona görə ki, ABŞ tərəfi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsini həll etməli olduğunu gözləyir. Bu, mənim fikrimə görə Ermənistan-ABŞ münasibətlərində başlanğıc mövzuya çevrilib”, – deyə almaniyalı politoloq vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir