Ər onu atıb qaçan arvadını öldürüb

Ər onu atıb qaçan arvadını öldürüb.

Simruq.info milli.az-a istinadla xəbər verir ki, ər onu tərk edib, sosial şəbəkədə əlaqə yaratdığı kişi ilə qaçan həyat yoldaşını qətlə yetirib.

Deyvid Tomas adlı 74 yaşlı kişi, 69 yaşlı xanımı Şeyla Toması onu tərk etdiyinə görə öldürüb. Şeyla 50 illik ərini ataraq yeniyetməlik dövründəki sevgilisi ilə qaçıb.

Londondakı “The Old Bailey”də keçirilən məhkəmə prosesində bildirilib ki, qadın keçmiş sevgilisi ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradıb.

Arvadının qətlində təqsirləndirilən Deyvid cinayəti etiraf edib. O, həyat yoldaşını öldürmək üçün mətbəx bıçağından istifadə etdiyini söyləyib.

Onun dediyinə görə, arvadı iki uşağının ondan olmadığını söylədikdə özünü idarə edə bilməyib və həyat yoldaşını bıçaqlayıb.

Cinayətlə bağlı araşdırmalar davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir