İki övladını boğub, yandıran ananın fotosu – Əri azərbaycanlıdır

 

İki övladını öldürən ananın cinayətdən əvvəl çəkilən görüntüləri əldə olunub.

Simurq.info milli.az-a istinadən xəbər verir ki, yanacaq doldurma məntəqəsindəki marketdən övladları üçün sonuncu şokoladı alan qadın uşaqlarının ölümündə təqsirkar bilinib.

Yelena Kərimova adlı qadın marketdən şokoladla bərabər, alışqan da alıb. O, daha sonra kirayə götürdüyü “Kia Rio” avtomobilində Xədicə adlı 4 yaşlı qızını və Süleyman adlı iki yaşlı oğlunu boğub. O, uşaqlarını öldürdükdən sonra cəsədlərini yandırıb.

Rusiyada yaşayan 27 yaşlı Yelenanın şəxsi Instagram hesabında 27 min izləyicisi olub. Instagram-da blogerlik edən qadın 9 ay əvvəl şübhəli kimi saxlanılıb.

Bu gün Yelena ilə bağlı görüntülər əldə olunub. Kadrlarda Yelenanın yanacaqdoldurma məntəqəsindəki marketdən öldürdüyü uşaqlarına snikers şokoladı alması əks olunub.

Yaxın günlərdə onunla bağlı məhkəmə qərarı dəqiqləşəcək.

Araşdırmalara görə, Rusiyanın Nijni Novqorod şəhərində yaşayan Yelena uşaqlarını boğub, yandırdıqdan sonra ətrafdakı sakinlərin tüstünü görəcəyindən narahat olaraq cəsədləri avtomobilinə qoyaraq evə gətirib. O, səhəri gün, aprel ayının 26-da yanmış cəsədləri meşəlik əraziyə apararaq oradakı evə ataraq yandırıb.

Evgeni Katşev adlı sakin bildirib ki, cəsədlər elə halda olub ki, yanğınsöndürənlər əvvəl elə bilib ki, yanan bədənlər ev heyvanıdır.

“Uşaqların, sadəcə, ayaqları qalmışdı, onların cinsiyyətini belə müəyyən etmək olmurdu”, – deyə yanğınsöndürən məhkəmə prosesində söyləyib.

Hakim qarşısına çıxan Yelena “Uşaqlarım üçün yaxşı həyat qura bilmədim” deyərək özünə haqq qazandırmağa çalışıb. O, cinayət törətməsini maddi sıxıntılarla əlaqələndirməyə çalışıb.

“Mən ərimlə birlikdə yaşayırdım. O, məndən boşanıb, evi tərk etdikdən sonra övladlarımı saxlamaq çətinləşdi”

Maddi sıxıntılarının olduğunu iddia edən Yelena avtomobilin kirayəsi üçün aylıq 500 dollardan çox pul ödəyib.

Qeyd edək ki, Y.Kərimovanın əri daha əvvəl soyğunçuluq və quldurluğa görə məhkum olan, hazırda isə Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən azərbaycanlıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir