Övladlarınıza mağazadan yoqurt almayın

 

Həkimlər mağazalarda satılan yoqurtların uşaqlar üçün ziyanlı olduğunu bildirib Xüsusi istifadə müddəti olan, mağazalarda satılan yoqurtlar uşaqlar üçün təhlükəlidir.

Simurq.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, türkiyəli həkimlər bu haqda valideynlərə xəbərarlıq edib. Onlar bildiriblər ki, bu cür qablaşıdırlmış yoqurtların tərkibi şəkərlə zəngin olduğundan, həmçinin bir neçə ay və il saxlanma müddəti olduğundan uşaqlar üçün ziyanlı hesab edilir. Bunun əvəzinə həkimlər ev şəraitində yoqurt hazırlanmasını tövsiyə edirlər:

“Südə meyvə dilimi, şirəsi əlavə etməklə uşaq üçün daha faydalı ola biləcək yoqurt hazırlamaq mümkündür. Evdə hazırlanan bu yoqurt mağazalarda satılanlardan daha faydalıdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir