Rusiyadakı partlayışı İŞİD törədib

 

Partlayış nəticəsində 39 nəfər dünyasını dəyişib.

İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Simurq.info aznews.az-a istinadən xəbər verir ki, bu barədə terror təşkilatı tərəfindən buraxılan qəzetlərdən birində məlumat yayılıb.

Məsələyə rəsmi şərh hələ də bildirilməyib.

Xatırladaq ki, dekabrın 31-də onmərtəbəli binada baş verən partlayış nəticəsində 39 nəfər dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir