“Qarabağ”dan Almeyda açıqlaması YENİLƏNİB – FOTO

 

13:22

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq “Qarabağ”ın düşərgəsindədir.

Simurq.info qol.az-a istinadən xəbər verir ki, o, Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub.

Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkədə Almeyda ilə şəklini paylaşıb.

 

 

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçib.

14:27

“Qarabağ” klubu Azərbaycan milli komandasının və Qazaxıstan “Astana”sının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

Simurq.info klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə “Maestro geri döndü” və 29 yaşlı yarımmüdafiəçinin fotosunda “Evinə xoş gəldin, Almeyda” yazılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir