“Sağlam Düşüncə,sağlam cəmiyyətdir” 19 nömrəli tam orta məktəbdə davam edib

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssisələrində “Sağlam düşüncə,sağlam cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimləri davam edir.

Simruq.info  xəbər verir ki,bu gün ƏSMİD İB növbəti təlimi Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə təşkil olundu. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəblərində davam edir və artıq 7 –ci məktəbdir ki, iştirak edirik. Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir. Təşkilatın öz təşəbbüsü ilə təşkil olunan bu maarifləndirmə sayəsində gələcəyimiz olan yeniyetmələrin sağlam düşüncəyə və hər bir problemə sağlam yanaşmasına təkan vermiş oluruq. Onlar cəmiyyətdə onlardan fərqli ,lakin bərabər olan sağlamlıq imkanları məhdud uşaqları onlardan biri kimi qəbul etmiş olacaqlar.

Sonra məktəbin yeddinci və doqquzuncu sinif şagirdlərinə təşkilatın nəzdində “Gənc Əlillərə Dəstək”mərkəzinin rəhbəri,Bakı-Slavyan Universitetinin məzunu Səfanə Dadaşzadə əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdi. Avropa İttifaqının maliyyə dəstəyi ilə çəkilmiş Fərqliyik,Bərabərik sənədli filmi məktəblilərə nümayiş olundu.

Təlimin sonunda 19 nömrəli tam orta məktəbin direktoru Pərvanə Ramazanova bu cür maarifləndirici təlim şagirdlərdə nəcib yoldaşlıq,dostluq hisslərini aşılayır və hər bir məktəblinin sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydasını öyrətmiş olur deyə vurğuladı.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir