Bizi gözləyən bulaq…-Hekayə

1991-ci il soyuq, şaxtalı bir gecədən sonra açılan səhər vaxtı yuxudan oyananda həyətimizde xeyli adamın yığışdığını gördüm. Hamısını tanıyırdım. Çünki onlar bizim kəndin sakinləri idi. Mən Qarabağın dağ kəndlərinin birində yaşayırdım. Bura Qərbi Azərbaycana çox yaxın idi. Kənd sakinləri babamın başına yığışmışdılar.Birinci fikirləşdim ki, yəqin kənd daxili bir məsələdir və insanlar həmişə olduğu kimi babamdan məsləhət almağa gəliblər. Çünki babam bizim kəndin ağsaqqalı idi. Kənddə məsləhət almaq lazım olan hər kəs babamın yanına gələrdi.O hamıya öz oğlu,qızı kimi yanaşırdı. O İkinci Dünya  müharibəsi kimi bir savaşda əvvəlindən axırına kimi vuruşmuş, müharibədən sonra da təqaüdə çıxana qədər hərbçi işləmişdi. Onu dünyalar qədər çox istəyirdim. Hemise başimi sigallayaraq “menim gozel nevem” demesini ele sevirdim ki… Men de boyuyende onun kimi herbici olmaq arzusundaydım. Həyətə düşdüm və dayanmayaraq darvazadan çıxıb bulağa yollandım. Şənbə günü idi. Uşaqlarnan bu gün bulağa gedirdik həmişə. Ümumiyyətlə boş vaxtımız olan kimi evden icazə alan kimi ora yollanırdıq. Bulaq kəndin o biri başında, qonşu rayona yaxın yerləşirdi. Bura bizim ən sevimli yerimiz idi və demək olarki ömrümüzün ən gözəl zamanlarından çoxunu burda keçirmişdik. Onda hələ bizi qarşıda gözləyən müsibətlərdən xəbərimiz yox idi. Bulağa çatdım və uşaqların sakitcə oturduğunu gördüm. Onların bir çoxunun üzünde sanki qorxurlarmış kimi bir ifadə var idi. Nə olmuşdu axı həmişə gülüb danışan dostlarima.? Gəlib görüşdüm və qorxularının səbəbini mənə danışdılar. Sən demə kəndimizə hücum gözlənirmiş. Özü də neçə illərdir mehriban yaşadığımız ermənilərdən buna hətta biz usaqlar bele inanmirdiq. Məlumatı isə uşaqlardan biri atası evdə danisanda esitmisdi. O gunu ne oynanaya ne de gulub danisa bildik. Ele hey qorxa-qorxa nece olacaq deyə düşündük. Axşam qayıdanda evdə babam, atam və qonşumuz Cəfər əminin söhbət etdiyini gördüm. Sakitcə qırağa keçib qulaq asmağa başladım.Babam deyirdiki” başardığınız qədər çox silah tapın. Özünü müdafiə dəstəsi yaratmalıyıq. Vaxtımız azdı.” Sonra dedilər ki bizdən təxminen 70-80 km uzaq kəndə hücum eliyiblər.Kəndə kömək hələ gəlməyib və uzağı 2 gün dözə biləcəklər. Çalışın ki, hər şeyi tez edin. Postlar qurmaq lazımdır. Sonra atam əllərində olan silahlar haqqında danişmağa başladı.O dedi ki, əllərində cəmisi 4 avtomat var. Qalan hamisi ov tufengleridir. Ve onlar gece saat 2- yə qeder sohbət etdilər. Səhər atam evə gələndə babamla yenə danışmağa başladılar. Bu səfər bunu başa düşdüm ki,qonsu kəndi artıq ermənilər tutublar. Coxlu adam oldurublər. Uzagi bir necə gunə bizim kənde catacaqdilar.Qorxu hissi artiq daha da artmaqda idi. Babam dedi ki, sən demə bunların texnikası bizim gözlədiyimdən də çox, güclü imiş.Ə sgər sayıca da çoxdur. 2 gun sonra artiq kendde desteler yaradilmis, postlar qurulmusdu. O gunu babam eve gelende sorusdum ki: Kəndimizdən gədecəyik? Babam nə deyəcəyini bilmirdi sanki. Menə baxdi ve hec nə demədən basimi sigallayaraq oz otagina kecdi. Ertesi gun axsami yemek yeyerken birdən atişma sesleri esidilmeye baslandi. Atam evde yox idi. Babam cəld yerinden qalxdi ve heyete dusdu. Butun gecəni atisma davam etdi. Səhər açılanda atam evə gəldi və dedi ki, güllələri qutarmasına az qalıb və babamla birlikdə əhalinin kənddən necə çıxarılmasının planını cızırmağa başladılar. Onu başa düsdüm ki, qonşu rayona bulağın yanından keçərək gedəckdik. Ertəsi gün bütün günü davam edən atışmanın axsamı yuxudan atamın səsinə oyandım. Deyirdi ki, tez kənddən çıxmalıyıq. Tələsik küçəyə çıxanda məhlədəki bütün adamların yigisdigini gordum. Babam evdən götürdüyü ov tufəngi ilə atama qoşulub getdi. Bu mənim onlarla son gorüşüm idi. Biz kənd adamları ilə birlikdə Cəfər əminin başçılığı ilə kənddən çıxmağa başladıq. Atışma səsləri qulaq batırırdı. Artıq bombalar da atılırdı və o bəzən bizdən təxminən 100 metr  aralı düşürdü və biz bulağın yanına çatırdıq.Bulağı gördükdə fikirləşirdim ki, görəsən uşaqlığımın ən gözəl xatirələrindən olan, ən xoş günlərimi keçirdiyim bulağı bir daha görə biləcəmmi? Biz bulağa yaxınlaşdıq.Bu an içimdə o qədər qorxunun içində sanki bir sevinc əmələ gəldi.Amma elə bu an atılan bombalardan biri düz bulağa düşdü və bulaq gözlərim önündə paramparça oldu. Atam və babam şəhid oldu.Biz illərlə çox çətin bir şəraitdə, düşərgələrdə yaşadıq.Bu gün mən hərbiçiyəm. Artiq 28 yaşım var və heç bir zaman babamı, atamı, kəndimizi, ətrafında uşaqlığımın ən xoş günlərini keçirdiyim bulağı unuda bilmirəm. Arada yuxularımda görürəm onu. Müharibə yalnızca insanları yox, onu yaşayan uşaqlarin da uşaqlığını öldürüb, arzularını məhv edirmiş…

Müəllif: Murad Aslanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir