Bakıda ər evdən qaçmış 24 yaşlı arvadını axtarır

Bakıda gənc qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Simruq.info  publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayon polis İdarəsi 6-cı Polis Şöbəsinə müraciət edən Elçin Bayramov (ad şərtidir) həyat yoldaşının noyabrın 16-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Şikayətçinin sözlərinə görə, xanımı, 1994-cü il təvəllüdlü Səlimə Bayramova həmin gün heç kimə demədən Biləcəri qəsəbəsi M.Aslanov küçəsindəki evi tərk edib.

Faktla bağlı axtarış tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir