Büdcə prosesində maraqlar konflikti

Maraqlar konflikti büdcə prosesi üçün riskləri artıran əsas faktorlardandır. Müxtəlif sosial qrupların maraqlarının kəsişməsi prosesə müdaxilə cəhdlərini artırır və ictimai nəzarətin inkişaf etdirilməsi bu cəhdlərin qarşısının alınmasındaəsas mexanizmlərdən hesab edilir.

İlk olaraq qeyd etmək lazımdır ki, dövlət büdcəsi əhalinin müxtəlif sosial qrupların maraqlarının əks edildiyi əsas maliyyə sənədidir. Nəticədə büdcə prosesinin icrası zamanı maraqlar konflikti qaçılmazdır. İnkişaf etmiş ölkələr üzrə təcrübələrin təhlili göstərir ki, bu ölkələrdə maraqlar konflikti büdcənin gəlirlərinin təmin edilməsi və xərclərinin yerinə yetirilməsi zamanı maksimum optimallaşdırma üsülu tətbiq edilir. Beləki, büdcənin hazırlıq mərhələsində möcud imkanlar daxilində bütün steykholderlərin maraqlarının ən optimal səviyyədə təmin edilməsinə çalışılır. Maraq qruplarının prosesdə iştirakının təmin edilməsi daha effektiv büdcə sənədinin hazırlanmasına və əhalinin daha çox hissəsinin maraqlarının büdcə sənədində əks olunmasına səbəb olur. Bu təcrübənin tətbiqi həmçinin hökuməti gələcək ittihamlardan qoruyan mexanizm funksiyasını yerinə yetirir. Son nəticə kimi büdcə prosesinin inkluzivliyinin artımını vurğulamaq lazımdır.  Qeyd edək ki, müasir dövrdə dövlət büdcəsinin inkluzivliyi yəni bütün sosial qrupları əhatə etməsi fiskal siyasətdə əsas ölçü indikatorlarından hesab edilir.

Büdcə prosesində maraq qruplarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Sadə vətəndaşlar,
  • Biznes subyektləri,
  • Hökumət,
  • Media,
  • Vətəndaş cəmiyyəti institutları,
  • Beynəlxalq təşkilatlar

Yuxarıda sadalanan hər bir steykholderin büdcə prosesində konstruktuv və qeyri-konstruktuv maraqları olur. Bu maraqları ictimai və subyektiv maraqlar olaraq da qruplaşdrmaq olar.

Təbii ki, büdcə prosesində əsas maraq qrupu sadə vətəndaşlardır. Hər bir ölkədə sıravi vətəndaşlar dövlət büdcəsinin gəlirləri və xərclərindən ciddi səviyyədə təsirlənirlər. Beləki, vətəndaş dövlət büdcəsinin gəlirlərinin formalaşmasınada (vergilər, rüsumlar, sosial sığorta ödənişləri, ianələr və s.) birbaşa iştirak etməklə yanaşı büdcə xərcləməlindən yararlanma hüququ olan əsas tərəfdir. Başqa sözlə vətəndaş vergi ödəyicisi kimi daha az vergi ödəməkdə lakin, büdcəsnin sosial xarclərindən, o cümlədən təhsil, səhiyyə və müxtəlif sosial müdafiə proqramlarından  daha çox pay almaqda maraqlıdır.

Biznes subyektləri isə büdcə prosesinin ikinci ən böyük maraq qrupu sırasına daxil edilə bilər. Çünki, biznes büdcənin gəlirlərində olduğu kimi xərclərindən də yararlanan əsas tərəf hesab edilir. Lakin, biznesin büdcə prosesində təsir gücü ölkələrin iqtisadi quruluşundan və inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Məsələn, resusr zənginliyinə sahib ölkələrdə fisal gəlirlərin əhəmiyyətli hissəsi resursun istismarından əldə edilir ki, bu zaman real iqtisadi sektorun büdcə ödəmələrinin əhəmiyyəti ciddi səviyyədə aşağı düşür. Nəticədə biznes dövlətin fiskal siyasətində lokomotiv rolunu itirir. Başqa sözlə hökumətin biznesə güzəştə getmək, onu dinləmək, müəyyən tələblərini gözdən keçirmək kimi davranışlara ehtiyacı qalmır. Beləliklə biznesin dövlət sosial-iqtisadi siyasətinə təsir gücü azalır. Lakin, fiskal gəlirlərinin əsasının biznesin ödədiyi vergi və rüsumlar üzrə daxilolmalardan təmin edən hökumətlər biznesə daha loyal münasibət göstərmək məcburiyyətindədirlər. Buna görə də bu tip ölkələrdə biznes və hökumət arasında daimi diskusiya müşahidə edilir və nəticədə hökumət bir sıra məsələlərdə biznesə güzəştə getmək məcbiriyyətində qalır. İlk baxışdan elə görünə bilər ki, bu zaman hökumətlər itirir. Lakin. Praktika göstərir ki, biznesin hökumətdən əldə etdiyi hər bir güzəşt sonda real iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə və beləliklə də orta və uzunmüddətli dövrdə fiskal maraqların qorunması və fiskal gəlirlərin daha da artmasına səbəb olur. Lakin, resurs ölkələrində qeyd edilən kontekstən vəziyyət tamami ilə fərqli formada inkişaf edir. Biznesin ödədiyi vergidən asılı olmayan hökumətlər onlarla müzakirələri və onlara güzəştə getməyi lazım bilmirlər, yaxud bu kimi zərurətlərlə üzləşmirlər. Beləliklə, təşviqedici mexanizmlər, qurumlar inkişaf etmir və real iqtisadi sektorda böyümə, çaxələnmə trendləri azalır, ortamüddətli dövrdə isə ölkə iqtisadiyatında resusr lənətinin simptomları yaranmağa başlayır. Əgər məsələni ümumi formada nəzrədən keçirmiş olsaq büdcə prosesində biznesin marağı əsasən iki istiqamətlidir:

  • Büdcə gəlirlərində daha az iştiak – vergi dərəcələrinin, rüsumlarının, tranzaksiya xərclərinin azaldılması,
  • Xərcləmələrdən daha çox pay almaq – satınalmalardan daha çox pay almaq, büdcə xərcləmələrinin yaratdığı alıcılıq imkanından yararlanmaq, layihələrin icrasında iştirak etmək, fəaliyyət göstərdiyi coğrafi məkanın infrastrukturunun yaxşılaşdırılması üçün daha çox vəsaitin ayrılması və s.

Yuxarıda qeyd etdiyimiz kimi, fiskal gəlirlərin real sektordan asılı olduğu ölkələrdə biznesin maraqlarının təmin edilməsi mexanizmləri digələri ilə müqayisədə daha çox inkişaf edir ki, nəticədə ölkə iqtisadiyyatının inkişaf tempi sürətlənir.

Büdcə prosesində maraqlı tərəflərdən biri isə yerli medai hesab edilir. Lakin, ehtimal edildiyi kimi kütləvi informasiya vasitələrinin büdcə prosesində maraqları heç də hər zaman konstruktiv əsaslara söykənmir. Beləki, inkişaf etmiş və müstəqil medianın olduğu ölkələrdə KİV büdcə prosesində ictimai nəzrətəin təşkili, vətəndaş maraqlarının təmin edilməsi kimi istiqamətlər üzrə marağını ortaya qoyur. Bu kateqoriyaya daxil olan maraqları aşağıdakı kimi təsnifatlaşdıra bilərik:

  • Güclü ictimai nəzarətdövlət büdcəsinin icrasında şəffaflığın təmin edilməsində iştirak etməklə ictimai funksiyasını daha dolğun icra etmək, reputasiyasını artırmaq, institutlaşaraq icmanın əsas müdafiəsinə çevrilmək marağı,
  • Medai institutunun inkişafı tədbirlərinin dəstəklənməsi –medainın institutunun inkişafı tədbirlərinə daha çox vəsaitin yönəldilməsi

Medianın zəif inkişaf etdiyi ölkələrdə isə maraqlar tamimi ilə fərqlənir. Beləki, bu kimi ölkələrdə medai ictimai funsiyalarından daha çox maddi maraqları üçün çalışır. Nəticədə medai qeyri-müəyyən və daha çox destruktiv maraqlardan çıxış edir. Bu maraqları isə aşağıdkı kimi klassifikasiya etmək olar:

  • Birbaşa yardımların alınması – qeyri-etik xidmətlər qarşılığında media çalışanlarının həyat-şəraitinin, sosial rifahının yaxşılaşdırılması adı altında birbaşa maliyyə dəstəyinin alınması (məsələn: mənzil, qrantlar, mükafatlar, fərdi təqaüdlər və s.
  • Büdcədən daha çox pay almaq – qeyri-peşəkar (yandaş mediaya çevrilmək) xidmətlər təklif edərək praktikada ayrı-ayrı media qurumlarının dövlət büdcəsindən daha çox pay alması cəhdləri müşahidə edilir,
  • Himayədar qurumun maraqlarından çıxış etmək – hər hansı dövlət qurumunun qeyri-rəsmi himayəsində olan medai qurumunun büdcə prosesində himayədar təşkilata daha çox maliyyə ayrılması marağının olması

Cəmiyyətin əsas təmsilçilərindən biri kimi, vətəndaş cəmiyyəti institutları büdcə prosesində steykholderlərdən biri hesab edilir. Vətəndaş cəmiyyəti institutları digər steykholderlərdən fərqli olaraq daha ümumi maraqları müdafiə gücünə sahibdirlər. Beləki, bu institutlar biznesin, icmanın, ayrı-ayrı sosial qrupların o cümlədən dini, irqi, milli azlıqların, medai təmsilçilərinin və s vəkilliyi istiqamətində çalışırlar ki, nəticədə bu sahədə daha ümumi maraqları müdafiə etmək gücünə malik olurlar.  Vətəndaş cəmiyyəti institutlarının maraqlarını aşağıdakı kimi qruplaşdırmaq olar.

  • İctimai vəsaitlərdən effektiv istifadə – büdcə vəsaitlərində səmərəlilik və prioritetlik prinsipinin təmin edilməsi,
  • Şəffaflıq və hesabatlılıq – dövlət büdcəsinin icrası prosesində hesabatlılığın və şəffaflığın müasir standartlara uyğun olaraq təmin edilməsi,
  • İctimai iştirakçılıq – büdcə prosesinin bütün mərhələlərində ictimai iştirakçılıq üçün müvafiq imkanların yaradılması;
  • İctimai nəzarət – büdcə prosesinin bütün mərhələlərində ictimai nəzarəti təmin edəcək infrastrukturun və hüquqi bazanın yaradılması, maneələrin aradan qaldırılması, korrupsiya ilə mübarizədə ictimai əməkdaşlığın gücləndirilməsi və s.
  • Dövlətin fiskal siyasətinin istiqamətləndirilməsi – vətəndaş cəmiyyətinin büdcə xərcləmələrində sosial xərclərin payının yüksək olması, səhiyyə-təhsil xərclərinin artırılması, büdcənin daha effektiv gəlir bölgüsü mexanizminə çevrilməsi, biznesin vergi yükünün azaldılması, aktiv məşğulluq siyasəti, icmaların inkişafının dəstəklənməsi və s. bu kimi makro maraqları,
  • Təmsilçisi olduğu sosial qrupun maraqlarının müdafiəsi – vətəndaş cəmiyyətinin fəaliyyət istiqaməti və təmsilçilik hüququndan asılı olaraq fərqli sosial qrupların fiskal siyasətdə maraqlarının müdafiəsi. Məsələn: əlillərin sosial müdafiəsinin maliyyə təminatının gücləndirilməsi, dövlət büdcəsində gender bərabərliyinin təmin edilməsi, sahibkarlıq subyektləri üzrə vergi yükünün azaldılması, uşaqları müdafiəsi tədbirlərinin miqyasının artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi tədbirlərinin sürətləndirilməsi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində dövlət proqramlarının maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində standartların yüksəldilməsi və s.

Göründüyü kimi vətəndaş cəmiyyəti institutlarının maraqları büdcə prosesində daha effektiv nəzarət mexanizmlərinin təşkili üçün əsaslar formalaşdırır. Lakin, praktikada ictimai nəzarətin təşkili bu institutların inkişaf səviyyəsindən, müstəqil instutut olaraq təşəkkül tapmasından, hökumətin hesabatlılılıq və şəffaflıq səylərindən asılı olaraq dəyişir. Beynəlxalq təcrübənin təhlili göstərir ki, inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti institutları büdcə prosesinin bütün mərhələlərində aktiv iştirak etməklə və nəzarəti təmin etməklə icma maraqlarının qorunmasına, büdcə vəsaitlərinin səmərəli xərclənməsinə əhəmiyyətli səviyyədə təsir edirlər.

Nəzərə almaq lazımdır ki, praktikada hökumətlərin və hakim elitanın büdcə prosesində maraqları da iki qrupa ayrılır. Birincisi dövlətin maraqları olmaqla ümumi inkişaf məqsədi daşyırsa ikincisi daha çox subyektiv xarakter daşımaqla daha çox məmur elitasının maraqlarına hədəflənir.  Beləliklə hökumətin maraqlarına aşağıdakıları daxil etmək olar:

İctimai maraqlar:

  • Vəd edilən yaxud zəruri əhəmiyyət daşıyan islahatların, dövlət proqramlarının və yaxud layihələrin maliyyələşdirilməsi üçün maliyyə mənbəyinin təmin edilməsi – yolların, məktəblərin, səhiyyə müəssisələrinin tikilməsi, yol, elektrik, kommunikasiya təminatı üzrə infrastrukturun yenilənməsi, mənzil şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması, pensiya təminatının gücləndirilməsi, sığorta sisteminin əhatəliliyinin təmin edilməsi və s.
  • Hökumətin daxili və xarici reputasiyasının artırılması – beynəlalq təşkilatlara üzv olma, lobbiçilk fəaliyyətinin gücləndirilməsi, beynəlxalq tədbirlərə ev sahibliyinin edilməsi, suveren kredit reytinqinin yüksəldilməsi və s.
  • Sosialyönümlü siyasətin həyata keçirilməsi – səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi, sosial müdafiə tədbirlərinin genişləndirilməsi və s,
  • Biznesin müdafiəsi – vergi yükünün azaldılması, təşviq mexanizmlərinin tətbiqi, infrastrukturun yenilənməsi və s.
  • İqtisadi aktivliyin artırılması – büdcə xərcləmələrinin artırılması yolu ilə məcmu tələbin təşviq edilməsi və dolayısı ilə istehsalın, xidmətin təşviq edilməsi və s.

 

Subyektiv maraqlar

  • Hakimiyyətin ayrı-ayrı qolları üçün lüks şəraitin yaradılması – dəbdəbəli inzibati binaların inşa edilməsi, bahalı avtoparkların yaradılması və s.
  • Büdcə vəsaitlərinin korrupsiya imkanı yüksək olan istiqamətlərə yönləndirməsi – müasir təcrübədə infrastruktur xərcləmələri ən yüksək korrupsiya riski olan xərc istiqamətlərindən hesab edilir.

Büdcə prosesində maraqlı olan steykholderlərdən biri isə beynəlaxlaq təşkilatlar, xüsusi ilə beynəlaxalq maliyyə institutları hesab edilir, hansı ki, ölkə ilə müxtəlif platformalarda (iqtisadi, sosial, siyasi, maliyyə və s.) əməkdaşlıq edirlər. Beynəlaxlaq təşkilatların maraqları nisbətən daha konstruktiv olub və daha çox orta və uzunmüddətli dövr üçün hədəflənir. Bu maraqları aşağıdakı kimi klassifikasiya etmək olar.

  • Güclü maliyyə inzibatçılığıkorrupsiya və səmərəsiz idarəetmə risklərini azaldacaq maliyyə inzibatçılığının mövcudluğu,
  • Şəffaflıq və hesabatlılıqmaliyyə axınlarının izlənilməsi imkanın təmin edilməsi və ictimai hesabatlılıq
  • Effektiv və praktiki nəzarət – kənar nəzarət mexanizmlərinin təşəkkül tapması, vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi,
  • Büdcə balansının qorunması – büdcənin gəlir və xərcləri arasında optimal səviyyənin qorunması,
  • Effektiv xarici borclanma – xarici maliyyə mənbələrindən cəlb edilən vəsaitlərin təyinatına uyğun və səmərəli xərclənməsinin təmin edilməsi,
  • Səmərəli əməkdaşlıq – xarici maliyyə mənbələri ilə proqmatik və institutsional dəyişiklərə hədəflənən əməkdaşlığın qurulması.

Göründüyü kimi, fiskal siyasət, o cümlədən büdcə prosesi ölkənin sosial-iqtisadi siyasətinin mühüm elementlərindən olmaqla, hər bir steykholderin maraqlarının əks olunduğu çoxtərəfli məmnunluqları gərəkdirən mexanizmdir. Bu isə bütün steykholderlərin maraqlarının bərabər şəkildə təmin edilməsində çətinliklər yaradır. Hazırda inkişaf etmiş cəmiyyətlər problemin miqyasını azaltmaq və daha optimal həll yolu tapmaq məsədi ilə şəffaf, hesabatlı və geniş iştirakçılıq imkanına malik büdcə prosesi təşəkkül tapmaqdadır. İctimai nəzarət isə dövlət vəsaitlərinin müxtəlif risklərdən (korrupsiya, səmərəsiz istifadə, ədalətsiz gəlir bölgüsü və s.) qoruyan müasir mexanizmlərdən biridir.

Bu məqalə “Sosial Araşdırmalar” İctimai Briliyinə istinad edilərək dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir