Əlilliyi olan gənclər Şəhidlər xiyabanını ziyarət etdilər

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili” layihəsi üzrə Bakı şəhərində Türk  şəhidlərinin şərəfinə ucaldılan  xatirə abidəsinə ziyarət təşkil etdi.

Bu barədə Simurq.info-ya Birliyin sədri Səbinə Kərimova bildirib. Onun sözlərinə görə,tədbirdə 20 əlilliyi olan şəxs  iştirak edib. Əvvəl Türk şəhidlərinin şərəfinə ucaaldılan xatirə abidəsi önünüdə Bakının azad olunması və Soyqırım hadisələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildikdən sonra,  şəhidlər xiyabanı ziyarət olunub.

Şəhidlər xiyabanında 1990-cı il 20 yanvarda baş vermiş qətliyam barədə geniş məlumat verildi. Məhz bu qətliyam bir daha Sovet bolşevikləri və ermənilərin ölkəmizə qarşı hər zamankı çirkin niyyətlərinin sübüt idi.20 yanvar hadisələri 1918-ci il də azərbaycanlılara qarşı törədilən soyqırımın ardı kimi tariximizə yazılıdı. Bu soyqırım 1992-ci il fevral ayının 26-da  Xocalıda  eyni ilə təkrar olundu deyə tədbir iştirakçılarına məlumat verildi. Sonda əlilliyi olan gənclərin Bakı şəhərinin tarixi yerlərinə gəzintisi təşkil olundu.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir