“Əsgərlər unudulanda ölürlər” sənədli filminin çəkilişləri yekunlaşıb

“Əsgərlər unudulanda ölürlər” sənədli filminin dörd ay davam edən çəkilişləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, ekran əsərində 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70-minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir.

Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılıb. ARB “Aranfilm” Kino Mərkəzində hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Tamaşaçılar filmdə bir əsrdən artıq Azərbaycan xalqından gizlədilən tarixi həqiqətləri öyrənməklə yanaşı, bir çox sənədli materiallardan xəbərdar olacaqlar.

Film ilin sonunadək ekranlara çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir