Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı.

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Simurq.info  xəbər verir ki, məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib:

(S/s Məhsulun adı – Əvvəlki qiyməti – Hazırkı qiyməti)

Azərçay 450 q. – 7,60 AZN (8,40 AZN)

Azərçay 100 q. – 1,80 AZN (2,00 AZN)

Beta 100 q. – 2,20 AZN (2,40 AZN)

Beta 225 q. – 5,20 AZN (5,80 AZN)

Beta 450 q. – 10 AZN (11 AZN)

Çempion 100 q. – 2,20 AZN (2,40 AZN)

Çempion 225 q. – 5,20 AZN (5,80 AZN)

Çempion 450 q. – 10 AZN (11 AZN)

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.

Mağaza sahiblərinin sözlərinə görə, “Snickers” və “Bounty” şirniyyatlarının satışı isə dayandırılıb.

Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarının satışı qadağan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir