Əhalinin məşğulluğunun artırılması üçün dekorativ- tətbiqi (xalça, keramika, qurama, milli kukla və suvenir) sənət kursları təşkil olundu

“Yaradıcı Qadınlar” İctimai Birliyi Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərqi salonunda “Əhalinin məşğulluğunun artırılması üçün  dekorativ-tətbiqi (xalça, keramika, qurama, milli kukla və suvenir) sənət kurslarının təşkil olunması” adlı layihənin monitorinq sərqisini keçirdir. Layihənin donoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasıdır.  Bu gün Azərbaycanda turizm sənayesinin rolu dövlət tərəfindən dəstəklənir.  Azərbaycan əhalisinin ahıl, tənha və aztəminatlı təbəqələrinin sosial vəziyyətinin maliyyə cəhətdən yaxşılaşdırılması məqsədi ilə  Yaradıcı Qadınlar İctimai Birliyi onlar üçün 3 aylıq xalça, keramika, qurama, milli kukla və suvenir təlim kursları həyata keçirir. Layihə nəticəsində benefisiarlar təzə peşə öyrənir, Azərbaycan turizm sənayesini milli suvenirlərlə təmin edir və  qədim folklor ənənələrini yaşadırlar.

Məlumat üçün qeyd edək ki, Yaradıcı Qadınlar İctimai Birliyi  1999-cu ilin iyul ayında mədəniyyət, elm və incəsənət sahələrini təmsil edən bir qrup peşəkar yaradıcı qadın tərəfindən təsis edilmişdir. (sədr Afaq Hüseynova) 22.12.1999 – cu il Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiy­yatdan keçmişdir. Təşkilatın məqsədi milli mədəniyyətin, incəsənətin, elmin inkişafına çalış­maq, aztəminatlı təbəqələrin – qaçqın, kimsəsiz və s. uşaqların reabilitasiyası, cəmiyyətdə ictimai və mədəni səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. YQİB 2000-ci ildən Milli QHT Forumunun üzvüdür.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir