“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya tarixi qələbənin 100 illiyi münasibətilə tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya 2015-ci ildə yaranıb və əsas məqsədi Azərbaycan həqiqətlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Koalisiyanin tərkibi “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək”, “Qarabağ Əlilləri və Veteranları”, “Vətəndaşların Sosial Rifahı Naminə”, “Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək”, “Mədəni İnkişaf Mərkəzi”, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliklərindən  və  “Karabakh” Mediadan  ibarətdir.

Bildiyimiz kimi 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi, Azərbaycan tarixində şərəflə yad edilir. Bakının bolşevik – daşnak işğalçılarından azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığını bir daha nümayiş etdirir. Azərbaycan, növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabr ayının 15-də bu tarixi günü qeyd edir və  Şəhid əsgərlərinin xatirəsini ehtiramla anır.

Bu tarixi qələbənin 100 illiyi münasibətilə “AHU” Koalisiyası 15 sentyabr 2018-ci il tarixdə Qobustan – Şamaxı rayonunda yerləşən “Türk Şəhidlik”  məzarlığını ziyarət edərək, anım gününə həsr edilmiş tədbiri keçirmişdir.

“Türk Şəhidlik”  məzarlığı ziyarət edildikdən sonra Şamaxı şəhərində ucaldılan dahi satirik şair Mirzə Ələkbər Sabirin abidəsi də ziyarət olundu.

Tədbirdə dəvət olunmuş qonaqlardan Əlil Təşkilatları İttifaqı (ƏTİ) prezident Davud Rəhimli, “Əlil Qadınlar Cmiyyətinin sədri Məxluqə Rəhimova, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, filoloq-alim, Filologiya elmləri namizədi, dosent. Azərbaycanın “Əsgər Anaları” Şurasının sədri Leyla Gərayzadə, “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyin sədri Taleh Əliyev  və Jurnalist, İTV-nin əməkdaşı Kamil Məhərrəmli iştirak etdilər.

Tədbiri ilk öncə Koalisiyanın kordinatoru Məmmədhəsən Həsənov açaraq koalisiyanın yaranması və tədbir haqqında məlumat verdi.

Məruzəçi Taleh Əliyev tədbiri davam etdirərək,  1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi haqqında geniş məlumat verdi.

Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək, bu tarixi qələbənin 100 illiyi münasibətilə tədbir iştirakşılarını təbrik etdilər.

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyasının

                        mətbuat xidməti

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir