Məşhəddə 2 axund bıçaqlandı.

İranın Məşhəd şəhərində son bir həftə ərzində 2 axund bıçaqlanıb.

Simurq.info xəbər verir ki, naməlum şəxslərin hücumuna məruz qalaraq bıçaq yarası almış axund Məhəmməd Tulayi hazırda komadadır. Onun səhhətinin ağır olduğu bildirilir.

Hücuma məruz qalan və adı açıqlanmayan digər axundun səhhətinin isə qənaətbəxş olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir