İranda intihar faktları 5 faiz artıb

İranda son bir il ərzində 4600-dən çox intihar faktı qeydə alınıb.

Simurq.info xəbər verir ki, bu barədə İranın Sosial Yardım Təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, 12 ərzində 4627 nəfərin intiharı qeydə alınıb ki, bunlardan 3262 nəfəri kişi, 1635 nəfəri qadın olub.

İntihar sayı əvvəlki illə müqayisədə 5 faiz artıb. Ən çox intihar faktı Tehran əyalətində qeydə alınıb. Paytaxt bölgəsində 796 nəfər intihar edib.

Bundan əlavə, 8500-ə yaxın intihar cəhdinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir