Azərbaycan –İraq Mədəni Əlaqələr İctimai Birliyi layihə çərçivəsində rəsmi görüşlərə başladı

Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəti Şurasının Maliyyə Yardımı ilə Azərbaycandakı Beynəlxalq Diplomatik Korpuslar və səfirliklərdə “Qarabağ dünən və bu gün” adlı layihənin müzakirəsinin aparılması üçün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərlə rəsmi görüşlərə başladı.
QHT.az xəbər veriri ki, ilk görüş 31.05.2018-ci il tarixdə Türkiyənin Azərbaycandakı səfirliyində oldu. Görüş iştirakçıları AİMƏB-in sədri Tahirə Məmmədova, sədr müavini Hafiz Osmanov və “Benəlxalq Mədəniyyət Mərkəzi”nin rəhbəri Gəray Əlibəylini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkal Özoral qəbul etdi. Keçiriləcək layihənin mövzusu haqqında ətraflı müzkirələr oldu.
Birliyin sədri Tahirə xanımın ürək yanğısı ilə Qarabağ haqqında, xüsusilə də doğulduğu Şuşa şəhərindən danışdığı xatirələri cənab səfirə də təsir etdi. Cənab səfir : “Qarabağ bizim də yaralı yerimizdir. Biz qardaş öklə kimi həmişə bütün sahələrdə, xüsusilə də Qarabağ mövzusunda hər an sizin yanınızdayıq. Azərbaycana dəstək verməyi, dayaq olmağı özümüzə müqəddəs borc bilirik” deyərək öz fikirlərini səmimi şəkildə ifadə etdi. Maraqlı və səmimi söhbətdən məmnun qalan cənab səfir görüşdən şad olduğunu bildirdi və birliyin işlərində uğurlar arzuladı.
Biz də öz növbəmizdə səmimi görüş üçün cənab səfir Erkan Özorala öz dərin təşəkkürümüzü bildiririk.
Sonda xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir