“Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda növbəti seminar İsmayıllı rayonununda keçirildi

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi   ilə  “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirmək və uşaq hüquqlarının  təbliğində  məktəb psixoloqlarının rolunu gücləndirmək təşkil edir.

Layihə çərçivəsində növbəti seminar “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda İsmayıllı rayonunu əhatə edən məktəb psixoloqlarının  və uşaq birliyi rəhbərlərinin və uşaqların iştirakı ilə  keçirilmişdir.

Seminarda İsmayıllı rayon İcra Hakimiyyətinin, İsmayıllı rayon Təhsil şöbəsinin nümayəndələri, İsmayıllı şəhər və kənd məktəblərinin psixoloqları, Uşaq Birliyinin rəhbərləri, İsmayıllı Uşaq Kitabxanasının, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Məhərrəmov açaraq həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək,  regionlarda belə layihələrin həyata keçirilməsinin məktəb psixoloqları və  uşaqlar üçün faydalı olacağını qeyd etmişdir.

Layihə rəhbəri Zaur Quliyev icra edilən layihə barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, həyata keçirilən tədbirlər eyni zamanda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ölkədə keçirilən tədbirlərə dəstək xarakteri daşıyır.  Ölkə Prezidentinin diqqət və qayğısı ilə respublikamızda uşaq hüquqlarının qorunması və təmin edilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də bölgələrdə uşaq hüquqları sahəsində məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin bilik və bacarıqlarının artırılması yolu ilə uşaq hüquqlarının müdafiəsini təşkil etməkdir.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, vəkil Rafiq Alışov “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda çıxış edərək, seminar iştirakçılarına uşaq hüquqları, uşaqların müdafiəsi, valideyn məsuliyyəti, valideynlərin, məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin əməkdaşlığının qurulması barədə məlumat verdi.

Layihənin eksperti, psixoloq Sona Davudova uşaqlara qarşı zorakılığın yolverilməzliyi və valideynlərə psixoloji tövsiyyələr mövzusunda təqdimat etmişdir.

Seminar qarşılıqlı müzakirə şəklində davam etmiş, ekspertlər tərəfindən seminar iştirakçılarının suallarını cavablandırılmışdır. İştirakçılar gələcəkdə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin hüquqi maarifləndirilməsi, məktəb psixoloqlarının psixoloji  vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.

Layihə çərçivəsində məktəb psixoloqları üçün  iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan təlim proqramı haqqında da məlumat verilmişdir.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin  mətbuat xidməti.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir