Döyüşlərin canlı şəhidi bu gün şəhidlərimizə qovuşdu

Əfsanəvi qəhrəman döyüşçü, Qarabağ qazisi Cavanşır Abdullayev 1961-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1991-ci ildən “Şəkinin ilk Qaranquşları” batalyonu könüllü olaraq Qarabağ döyüşlərinə yollanıb və Şuşa, Ağdam (bütün sərhəd boyu gedən döyüşlərində), Tərtər, Göranboy, Ağdərə və Naxçivanik istiqamətində gedən bütün döyüşlərdə qəhrəmancasına iştirak edib. O, həmçinin xüsusi olaraq Şuşada batalyon komandirlərindən olan Tofiq Oğuzun yaxın silahdaşı idi və döyüşlə bağlı bütün əməliyyatları Cavanşirlə məsləhətləşərək döyüşlərə yollanırdılar.

Bu gün yaşasaydı Şəki şəhərinin Xan Sarayında may ayının 28-də Cumhuriyyətimizin 100 illiyi münasibətilə təyin olunmuş tədbirə sağ qalan döyüşçülərlə qatılacaqdı. Ağır xəstəliyinə baxmayaraq arzusunda olduğu qız övladının toyunu görməyi nəsib oldu.

“AHU” Koalisiyanın üzvləri – QHT rəhbərləri adından Qazimiz Cavanşir Abdullayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə,  yaxınlarına və döyüşçü  Qazilərə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!

 ALLAH RƏHMƏT ELƏSİN!

“AHU” Koalisiyanın mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir