Müdafiə Nazirliyi: Ermənistan mətbuatında təmas xəttində Azərbaycan Ordusunun aktiv hərəkəti barədə yayılan məlumatlar təxribat xarakterlidir

Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatla bağlı AZƏRTAC-ın sorğusunu cavablandırıb.

Nazirliyin məlumatında bildirilib: “Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir