Afrində döyüşən türk əsgərlərindən Abşeronlu Qarabağ qazisinə dəstək

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində birgə həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatında türk zabitləri Abşeronlu Qarabağ qazisinə dəstək məqsədi ilə üzərində “Azərbaycan Adil Kerimov” yazılmış tank mərmisi ilə terrorçuların mövqeyinə zərbə endiriblər.

Hərbi ekspert, keçmiş döyüşçü, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Adil Kərimov Absheronxeber.az-a bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin zabiti üzərində “Azərbaycan Adil Kerimov” yazılmış tank mərmisinin fotosunu “WhatsApp”la ona göndərərək məlumat verib ki, bu gün fotoda olan mərmi ilə tankdan açılan atəş nəticəsində 10-a yaxın terrorçu məhv ediblər. Belə bir təşəbbüsə görə sonda A.Kərimov Türkiyəli qazi Ali Armana təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir