Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb, 300-dək insan xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, ölkə ərazisində çox sayda tikililərə ziyan dəyib, elektrik enerjisi təchizatı pozulub. Zəlzələ həmçinin hava nəqliyyatının fəaliyyətinə təsir göstərib.

 Qeyd edək ki, ötən gün Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir