İctimai Şuraya 2 QHT rəhbəri seçildi – Nazirlik yeni seçki təyin etdi: Siyahı

Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib .

QHT.az xəbər verir ki,  İctimai şuraya seçki komissiyasının sədri  Əjdər Cəbiyev məlumat verib ki, 184 QHT nümayəndəsinin səsvermədə iştirakı, 49 namizədin isə seçkidə iştirakı təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiq olunub.
Əjdər Cəbiyev  bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnaməyə görə seçkilərdə 50+1 səs toplamış namizəd  İctimai Şuraya seçilmiş hesab edilir.
Baş tutan seçkidə 185 QHT nümayəndəsi səsvermədə iştirak edib. Bülletenlərdən  5- i (15 nəfərdən artıq namizədə səs verdiyi üçün)  etibarsız sayılıb.

Səsvermə nəticəsində məlum olub ki, 49 namizəddən 2 nəfər tələb olunan səsləri toplaya bilib.

Rəhimli Davud Səid oğlu  – 101 səs
Rizazadə İradə Bağır q. – 98 səs

Həmin şəxslər İctimai Şuraya seçilmiş hesab edilib. Digər 13 nəfərin seçilməsi ilə bağlı 3 gün müddətində yeni seçki gününün təyin olunması haqqında qərar veriləcək.
Qeyd edək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında olan İctimai Şuraya maraq həddindən artıq böyükdür.
Xatırladaq ki, Nazirlik müxtəlif istiqamətdə QHT-lər ilə əməkdaşlıq edir və onlara xeyli sayda  layihələr üzrə sosial sifarişlər də təqdim edir.
 Bu gün keçirilmiş seçkilərdə səsvermənin nəticələri aşağıdakı kimi olub:
  1. Rəhimli Davud Səid oğlu – 101 səs
  2. Rizazadə İradə Bağır q. – 98 səs
  3. Həsənov Məmmədhəsən Murad oğlu – 82 səs
  4. Nuriyev Əliməmməd Mali oğlu – 74 (77 müşahidəçinin elan etdiyi rəqəm) səs
  5. Zeyni Rauf Xurşud oğlu – 71 səs
  6. Əliyev Mayis Nəbi oğlu – 70 səs
  7. Yusifova Şəhla Şərif q. – 66 səs
  8. Quliyev Zaur Yunis oğlu – 57 səs
  9. Mirzəyev Umud Rəhim oğlu – 54 səs
  10. Zeynalova Mehriban Heydərəli qızı – 53 səs
  11. Kərimov Akif Meybulla oğlu – 52 səs
  12. Qəribov Tələt Yusif oğlu – 43 səs
  13. Orucov Sərraf Vəliş oğlu – 42 səs
  14. Allahverdiyev Bəxtiyar Əzizulla oğlu – 41 səs
  15. İsmayılova Nailə İsgəndər qızı – 40 səsə
  16. Məhərrəmov Ədalət Yusif oğlu – 40 səs
  17. Əsədov Ehtimad Savalan o – 41 səs
  18. Ağayeva Zenfira Hüseyn q. – 40 səs
  19. Mehdiyev Mehdi İmdad oğlu – 39 səs
  20. Əmirhüseynova Mahirə İmanqulu qızı – 39 səs
  21. Mirzə Məmməd-Vəliyev Ağamurad oğlu – 39 səs
  22. Qasımov Rey Kərim oğlu – 38 səs
  23. Həsənov Mirhəsən Yusif oğlu – 37 səs
  24. Ağamalıyev Rövşən Həmid oğlu 35
  25. Salmanov Elçin Fikrət o. – 30 səs
  26. Abbasova Validə Məhərrəm qızı – 27 səs
  27. Səfərova Zəminə Yediyar qızı – 25 səs
  28. Əzimzadə Sultan Xudu o. – 24 səs
  29. Əlizamanlı Şəmistan Hüseyn o. – 21 səs
  30. Quliyev Dadaş Şəfi oğlu – 19 səs
  31. Rzayeva Lamiyə İmdat q. – 19 səs
  32. Mehtiyeva Rahilə İbrahim qızı – 18 səs
  33. Əbilov Aydın Əhməd oğlu – 18 səs
  34. Məmmədli Çiçək Qəzənfər q. – 18 səs
  35. Camalov Şahin Vəkilağa o. – 17 səs
  36. Həsənova Nəzakət Məcid q. – 16 səs
  37. Abdullayeva Mehriban Əli qızı -14 səs
  38. Əhmədov Xanoğlan Əlüseyn oğlu – 14səs
  39. Seyidzadə Zaur Mir Tağı o. – 12 səs
  40. Xudiyev Tahir Bərxudar oğlu – 10 səs
  41. Bəydəmirli Əkrəm Əlisahib oğlu – 9 səs
  42. Abdullayev Səmyar Abdulla oğlu – 8 səs
  43. Abbas Radə Sabir q. – 8 səs
  44. Behbudova Naibə Abuzər qızı – 7 səs
  45. Qəni-zadə Əzizağa Tofiq o. – 7 səs
  46. Xəlilov Aydın Soltan oğlu – 6 səs
  47. Abdurəhimov Vahid Yerəm oğlu – 5 səs
  48. Əzizova Ceyran Əkbər qızı – 5 səs
  49. İsgəndərov Ramiz Kamal oğlu – 1 səs

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir